Qazaxda 25 yaşlı gənc minaya düşdü

Qazaxda 25 yaşlı gənc minaya düşdü Qazaxda 1991-ci il təvəllüdlü kənd sakini minaya düşüb. Hadisə Xanlıqlar kəndində baş verib.

Yabanı bitki yığmaq üçün kəndin düşmənlə sərhədə yaxın ərazisinə gedən Kamal Abbasov minaya düşüb. Kənd sakinlərinin sözlərinə görə, nənəsi ilə yaşayan gənc Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib. Hadisə nəticəsində yerli sakin sağ ayağını itirib. (Report)

tehsil-press.az

Oxşar xəbərlər