HƏMAS-ın qaçırdığı 22 yaşlı alman qızın cəsədi tapılıb

HƏMAS-ın qaçırdığı 22 yaşlı alman qızın cəsədi tapılıb İsrail XİN HƏMAS-ın oktyabrın 7-si ölkəyə hücumu zamanı qruplaşma üzvləri tərəfindən qaçırılan 22 yaşlı alman Shani Loukun həlak olduğunu açıqlayıb.
“Təəssüf hissi ilə bildiririk ki, Almaniya və İsrail vətəndaşlığı olan Shani Loukun cəsədi tapılıb və şəxsiyyəti müəyyən edilib. Shani musiqi festivalından qaçırılıb, işgəncələrə məruz qalıb və ağlasığmaz dəhşətlər yaşayıb”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, HƏMAS-ın hücumundan sonra sosial şəbəkələrdə Shani Loukun qruplaşmaya aid bir avtomobilin arxasında olduğunu əks etdirən görüntülər yayılıb. Sözügedən görüntülərdə qadının üzü görünməsə də, ailəsi onu ayağındakı döymələrdən tanıyıb. Daha sonradan Shaninin anası videomüraciət yayaraq qızının tapılması üçün yardım istəyib. Bir müddət sonra isə yayılan məlumatda gənc qızın HƏMAS-a aid xəstəxanada olduğu iddia edilirdi.

Tehsil-press.az



Oxşar xəbərlər