Türkiyədə Hepatit A peyvəndi istehsal olunacaq

Türkiyədə Hepatit A peyvəndi istehsal olunacaq Əsasən xaricdən gətirilən Hepatit A peyvəndini artıq Türkiyənin özü istehsal edəcək.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “KeyVac” Peyvəndi İstehsal Mərkəzinin açılışında bildirib. Onun sözlərinə görə, Türkiyə dünyada bu peyvəndi ən yüksək standartda istehsal edən dördüncü ölkə olacaq.
Türkiyənin xaricdən peyvənd asılılığının azalacağını qeyd edən dövlət başçısı Peyvənd İstehsalı Mərkəzinin ölkəyə faydalı olacağına ümid etdiyini vurğulayıb.

Tehsil-press.az



Oxşar xəbərlər