Çində “Bir kəmər, bir yol” elm və texnologiya konfransı keçiriləcək

Çində “Bir kəmər, bir yol” elm və texnologiya konfransı keçiriləcək Çin hökuməti Çunçin şəhərində 1-ci “Bir kəmər, bir yol” elm və texnologiya konfransı təşkil edəcək.
Çinin Dövlət Şurasının (Nazirlər Kabineti) İnformasiya Ofisi 70-dən çox ölkə və beynəlxalq təşkilatdan 300-dən artıq nümayəndənin qatılacağı konfransın noyabrın 6-7-də keçiriləcəyini açıqlayıb. Tədbirdə müvafiq dövlət qurumlarının rəhbər şəxsləri, elm təşkilatlarının, tədqiqat mərkəzlərinin, ali təhsil ocaqlarının təmsilçiləri, alimlər, ekspertlər elm və texnologiya, sənaye innovasiyası və inkişaf, elmi araşdırmalarda paradiqma dəyişikliyi, gələcək tibb, böyük data mövzularında müzakirələr aparacaqlar.
Bir neçə Nobel mükafatçısının da iştirakı edəcəyi konfransın proqramına nazirlərin toplantısı, dəyirmi masalar, bölmə iclasları və digər tədbirlər daxildir.

Tehsil-press.az


Oxşar xəbərlər