Avropa İttifaqının Bosniya və Herseqovinadakı sülhməramlı missiyasının mandatı 1 il uzadılıb

Avropa İttifaqının Bosniya və Herseqovinadakı sülhməramlı missiyasının mandatı 1 il uzadılıb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Avropa İttifaqının Bosniya və Herseqovinadakı sülhməramlı missiyasının (EUFOR “Althea”) mandatını daha bir il uzadıb.
Bu barədə qərar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Nyu-Yorkda keçirilən sessiyasında qəbul edilib.
Bosniya və Herseqovinadakı EUFOR əsgərlərinin sayının Ukraynadakı müharibədən sonra artırıldığı da vurğulanıb.
1995-ci ildə Bosniya və Herseqovinada “Dayton” sülh sazişinin həyata keçirilməsi vəzifəsi NATO-ya verildikdən sonra regionda əvvəlcə İcra Qüvvəsi (IFOR), daha sonra isə Stabilləşdirmə Qüvvələri (SFOR) xidmət göstərdi.
SFOR 2004-cü ildə Avropa Şurasının qərarı ilə EUFOR ilə əvəz edildikdən sonra BMT TŞ hər il onun səlahiyyət müddəti barədə qərar verir.

Tehsil-press.az


Oxşar xəbərlər