Azərbaycan Bosniyaya yardım əlini uzatdı

Azərbaycan Bosniyaya yardım əlini uzatdı Azərbaycan Bosniya və Hersoqovinanın Təhlükəsizlik naziri Fahrudin Radonçiçin ölkəyə koronavirusla mübarizədə kömək etmək xahişinə cavab verib.
“Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik missiyası Bosniyanın Təhlükəsizlik Nazirliyini yardım təyyarəsinin aprelin 23-də Sarayevo Beynəlxalq Hava Limanında yerə enəcəyi barədə məlumatlandırıb. Nazir Radonçiç bu dəstəyə görə Bosniya və Hersoqovinanın bütün vətəndaşları adından Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib”, - məlumatda deyilir.
Həmçinin qeyd edilir ki, Radonçiç bu yaxınlarda Sarayevoda akkreditə olunmuş bütün səfirlərlə konfrans keçirib və onlardan, həmçinin beynəlxalq təşkilatlardan və institutlardan kömək istəyib. Bosniyanın çağırışına səs verənlər arasında 80,5 milyon avro məbləğində yardım göstərən Avropa İttifaqı da var.

Tehsil-press.az

Oxşar xəbərlər