Bosniya və Herseqovina ilə Türkiyə arasında vətəndaşların gediş-gəlişinin şəxsiyyət vəsiqəsi ilə həyata keçirilməsinə qərar verilib.
Bu sözləri Balkan regionu ölkələrindən Bosniya və Herseqovinada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə Prezidenti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Milorad Dodiklə keçirdiyi birgə mətbuat konfransında iki ölkə arasında şəxsiyyət vəsiqəsi ilə səyahətin həyata keçirilməsi üzrə razılığın əldə olunduğunu bildirib. Rəcəb Tayyib Ərdoğan bundan sonra Türkiyədən Bosniya və Herseqovinaya, Bosniya və Herseqovinadan isə Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməyin mümkün olacağını vurğulayıb.
Tehsil-press.az