Moldova MDB-yə və qurumun platformasındakı digər təşkilatlara üzvlük haqqı ödənişini dayandıracaq.
Bu barədə Moldova Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin məlumatına görə, müvafiq təkliflər nazirlik tərəfindən hazırlanan 2024-cü il büdcəsi üzrə qanun layihəsində əksini tapıb. Həmçinin büdcə layihəsində 2023-cü ildə beynəlxalq təşkilatlara illik üzvlük haqlarının ödənilməsi üçün ayrılan məbləğ 66,5 milyon leydən 50,5 milyon leyə endirilib.
Qeyd edək ki, Kişineu son vaxtlar MDB-nin onlarla sazişindən çıxıb və bu proses davam edir. Moldova MDB çərçivəsində 330-a yaxın sazişinin iştirakçısıdır və onların bir çoxuna yenidən baxılır.
Tehsil-press.az