Ukrayna Avropa İttifaqına üzv olacağı təqdirdə Brüsseldən yeddi il ərazində 186 milyard avro alacaq.
“Financial Times” qəzeti bu barədə yeni üzvlərin qəbulunun Aİ üçün maliyyə nəticələrinin qiymətləndirilməsinə dair Avropa İttifaqı Şurası katibliyinin sənədinə istinadla məlumat yayıb.
Sənədə əsasən, Aİ-nin genişlənməsi Brüsselə ümumilikdə 256,8 milyard avroya başa gələcək. Tələb olunan dəyişikliklərin gözlənilən miqyası blok daxilində maliyyə balansında kəskin düzəlişlər edəcək.
Hazırda səkkiz ölkə - Türkiyə, Albaniya, Şimali Makedoniya, Monteneqro, Serbiya, Moldova, Ukrayna, həmçinin Bosniya və Herseqovina Avropa İttifaqına üzvlük üçün namizəd statusuna malikdir.
Sənəd müəlliflərinin fikrincə, yeni üzv ölkələrin gəlməsi ilə Aİ-nin cari büdcəsi 21 faiz artaraq 1,47 trilyon avroya çatacaq. Bu, 36 ölkənin ümumi milli gəlirinin təxminən 1,4 faizinə bərabərdir.
Avropa İttifaqı 2022-ci ildə Ukraynaya üzvlük üçün rəsmi namizəd statusu verib. Növbəti mərhələdə danışıqlar prosesinə başlanmalıdır. Bunun üçün namizəd ölkələr islahatlar da daxil, bir sıra şərtləri yerinə yetirməlidir.
Tehsil-press.az