Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladze Gürcüstan vətəndaşlığından məhrum edilib, bu barədə ölkənin ədliyyə naziri Rati Breqadze bildirib.
O bildirib ki, sabiq baş prokurorun vətəndaşlıqdan çıxarılması ilə bağlı bütün prosedurlar yekunlaşıb. Müvafiq qərarı prezident Salome Zurabişvili oktyabrın 17-də ABŞ Dövlət Departamenti Otar Partsxaladzeni anti-Rusiya sanksiyaları tətbiq edilən şəxslər siyahısına daxil etdikdən sonra qəbul edib.
Dövlət Departamenti bildirib ki, Rusiya və Gürcüstan vətəndaşlığı olan Otar Partsxaladzenin Rusiya FSB ilə əlaqələri var və Gürcüstanda cəmiyyətə və siyasətə Moskvanın xeyrinə təsir edir.
Tehsil-press.az