Rəsmi Moskva Ermənistanın Maltada keçirilən Ukraynaya dair konfransda iştirakını Rusiyaya qarşı yönəlmiş “nümayişkaranə jest” hesab edir.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə jurnalistin sualına cavabında bildirib.
O xatırladıb ki, bundan əvvəl Ermənistan baş nazirinin arvadı Anna Akopyan və parlamentin spikeri Alen Simonyan Kiyevə səfər etmişdilər. Paşinyan isə Qrenadada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmüşdü.
“İrəvanda anlamalıdırlar ki, söhbət bizim ölkəmizə qarşı təcavüzkar mövqedə duranlarla nümayişkaranə ünsiyyətdən gedir. Bunu başqa cür adlandırmaq olmaz. Təəssüf edirik ki, respublikanın indiki rəhbərliyi hələ bir qədər əvvəl Ermənistanın rifah və sabitliyinin mühüm amili hesab etdiyi Rusiya ilə müttəfiqlik münasibətlərini məqsədyönlü şəkildə, inadla dağıdır”, - deyə o bildirib.
Zaxarova qeyd edib ki, Ermənistan rəhbərliyində olan şəxslər vasitəsilə maliyyələşdirilən bir sıra mətbuat orqanlarında anti-Rusiya ritorikası artıq açıq millətçilik həddinə çatmış rusofobiya halı alır. “Bu, sadəcə, təhqir deyil, bu, əsl rusofobiyadır. Biz bu resursların arxasında kimlərin durduğunu anlayırıq”, - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib.
Tehsil-press.az