Saakaşvili həbsxanaya nə vaxt qaytarılacaq?

Saakaşvili həbsxanaya nə vaxt qaytarılacaq? “Gürcüstan rəhbərliyi ölkənin keçmiş Prezidenti Mixail Saakaşvilinin səhhətinin yaxşılaşmasından çox məmnundur. O, həkimlər icazə verdikdən sonra həbsxanaya qaytarılacaq”.
Onun səhhəti yaxşılaşıb, biz buna şadıq və həkimlər tövsiyə etdikdə Saakaşvili cəzaçəkmə müəssisəsinə köçürüləcək”, - deyə Breqadze qeyd edib.
Qeyd edək ki, Saakaşvilinin səhhətinə müşahidə ilə bağlı yaradılan həkim qrupu cari ilin oktyabrına olan məlumatında gürcü siyasətçinin səhhətində yaxşılaşma olduğunu qeyd edib. Bununla belə, onun daimi həkim nəzarəti altında saxlanılması tövsiyə edilib. Saakaşvilinin müalicə aldığı “Vivamed” klinikası isə siyasətçinin səhhəti ilə bağlı açıqlama verməyib.
Xatırladaq ki, M. Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə “Vivamed” klinikasına köçürülüb. Gürcü siyasətçi iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub. O, hazırda az qidalanma səbəbindən yaranan kaxeksiya xəstəliyindən müalicə olunur.

Tehsil-press.az




Oxşar xəbərlər