“Saakaşvili həbsxanaya qayıtmasın” - Həkimlər Şurası açıqladı

“Saakaşvili həbsxanaya qayıtmasın” - Həkimlər Şurası açıqladı Gürcüstan ombudsmanının həkimlər şurası Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin xəstəxanadan həbsxanaya qaytarılmasını tövsiyə etmir.
Bu barədə şuranın üzvü, nevroloq Tengiz Tsuladze bildirib.
Şura uzun sürən aclıq aksiyasından sonra hazırda Qori Hərbi Hospitalında müalicə olunan Saakaşvilinin səhhəti ilə bağlı müşahidələrə yekun vurub.
"Xəstənin sağlamlıq vəziyyəti diqqət tələb edir, nevroloji simptomlardan müəyyən patologiyalar, görmə parezi, pozulmuş koordinasiya, zəiflik, anemiya qalır. Psixika baxımından orta dərəcədə depressiya və posttravmatik stress pozğunluğu qeyd olunur.
Fiziki reabilitasiya da vacibdir. Psixoterapiya bu məsələdə bizə kömək edəcək. O, əsasən, Qldanidə cəzaçəkmə müəssisəsində stress keçirib, ona görə də onun ora qayıtmasını dəstəkləmirik", - həkim deyib.

Tehsil-press.az

Oxşar xəbərlər