Mixail Saakaşvili artıq yeriyə bilmir

Mixail Saakaşvili artıq yeriyə bilmir Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili artıq yeriyə bilmir.
Bunu siyasətçinin vəkili Şalva Xaçapuridze bəyan edib.
Onun sözlərinə görə, keçmiş dövlət başçısının saxlanıldığı “Vivamed” klinikasının açıqlamaları ilə Saakaşvilinin xəstəlik tarixçəsi üzrə qeydlər üst-üstə düşmür.
“Mixail Saakaşvili demək olar ki, artıq yeriyə bilmir. Onun çəkisi 60 kiloqramdan aşağı düşüb. Bu barədə mənə Qiuli Alasaniya (Saakaşvilinin anası – red.) məlumat verib”, - deyə o bildirib.
Eks-prezidentin vəkilinin sözlərinə görə, Strasburq Məhkəməsində iddia qaldırmaq barədə qərar hələ verilməyib.
“Belə bir qərar hələ verilməyib. Mixail Saakaşvili hələ Strasburqla bağlı heç nə deməyib. O, məndən sənədləri alıb-almadığımı soruşdu. Ona dedim ki, hələ almamışam, başqa heç nə deməyib”, - Xaçapuridze qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər