Saakaşvilinin orqanizmində daha bir zəhərli maddə aşkarlandı

Saakaşvilinin orqanizmində daha bir zəhərli maddə aşkarlandı Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvilinin orqanizmində daha bir zəhərli maddə aşkar olunub.
Bu barədə məlumatı gürcü siyasətçinin vəkili Şalva Xaçapuridze açıqlayıb. 
Onun sözlərinə görə, Saakaşvilinin orqanizmində arsen maddəsi aşkar olunub. 
Bununla yanaşı, Xaçapuridze keçmiş Prezidentin uzun müddətdən sonra bu gün keçiriləcək növbəti məhkəmə prosesində iştirak edəcəyini də elan edib. Bildirilib ki, Saakaşvili hərəkət etməkdə çətinlik çəkdiyindən onun üçün xüsusi araba tələb olunacaq. 
Daha əvvəl isə, “Empatiya” qeyri-hökumət təşkilatının rəhbəri Mariam Cişkariani və eks-prezidentin anası Giuli Alasaniya bildirib ki, Saakaşvilinin qanında civə, barium və tallium aşkar olunub. Belə iddia olunur ki, sabiq Prezidentə sui-qəsd cəhdləri olub. 
Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Gürcüstanda saxlanılıb. O, cari ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 9 il müddətinə azaqlıqdan məhrum olunub.

Tehsil-press.az


Oxşar xəbərlər