Bildiyimiz kimi, İslandiya Atlantik okeanın şimali hissəsində yerləşən ən böyük vulkanik adadır. İslandiya mətbuatının məlumatına görə, ölkə son yarım əsrdə ən ölümcül vulkan püskürməsi ərəfəsindədir. “Faqradalsfyall” vulkanı əhalisinin sayı 3600 nəfər olan Qrindavik balıqçılar şəhərinin yaxınlığında yerləşir.
2023-cü il noyabr ayının iki həftəsində yerli Reykyanes yarımadasında 24 min yeraltı təkan qeydə alınıb. Hökumət nümayəndələri ehtiyat edirlər ki, altı min il susan vulkan ölkənin cənub-qərbində yerləşən Qrindaviki tamamilə məhv edə bilər.
Qrindavik də noyabrın 14-dü gecə saat 00:00-dan noyabrın 15-i saat 12:00-a qədər 800 zəlzələ qeydə alınıb, atmosfer havasında kükürd dioksid (SO2) səviyyəsinin artması isə maqmanın səthə 500 metr yaxınlaşdığını göstərir. Atmosferdəki kükürd dioksid konsentrasiyasındakı bu artım Qrindavik səlahiyyətlilərini şəhəri boşaltmağa məcbur edib. Ölkədə fövqəladə vəziyyət elan olunub.
Zəlzələlərin çoxu vulkanik bəndin mərkəzində 3-5 kilometr dərinlikdə Sundnukda qeydə alınıb.
İslandiyanın RUV İctimai Televiziya Şirkəti bildirib ki, Qrindavikdə aşkarlanan çat genişlənməyə davam edir və zamanla ondan lava axınları görünməyə başlaya bilər. Lava səthə çıxsa, şəhər yerin altında qalacaq.
İslandiya səlahiyyətliləri, yaxınlıqdakı Svarsenga elektrik stansiyası və bu rayonda yerləşən məşhur geotermal kurort olan Blue Lagoon ətrafında 6-8 metr hündürlüyündə lava baryerləri tikməyə başlayıblar. İslandiyanın rəqəmsal KİV-ləri bildirir ki, tikinti işləri 30-40 gün davam edə bilər.
Tehsil-press.az