Azərbaycanda 3 hakim barədə intizam icraatlarına başlanıb

Azərbaycanda 3 hakim barədə intizam icraatlarına başlanıb Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Şuradan Tehsil-press.az-a verilən məlumata görə, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda son günlər erməni hərbi birləşmələrinin təxribatının qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınaraq düşmənə ağır zərbə endirildiyi bildirilib, bu möhtəşəm zəfərin qazanılmasında şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsi yad olunub. Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə günbəgün qüdrətlənən Azərbaycan Ordusunun düşmənin hər bir təxribatına layiqli cavab verməyə qadlir olduğu vurğulanıb.
İclasda, həmçinin dövlət başçısının ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tapşırıqlarına əsasən görülən ardıcıl tədbirlər qeyd edilib, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə dair qanunvericiliyə dəyişikliklərə və digər təşkilati məsələlərə baxılıb.
Eyni zamanda bir sıra hakimlərin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar onların fəaliyyəti iştirakları ilə müzakirə edilməklə qiymətləndirilib, yol verilən nöqsan və çatışmazlıqlar nəzərlərinə çatdırılıb, habelə hakim kadrlarından daha səmərəli istifadə edilməsi üçün hakimlərin iş yerinin dəyişdirilməsinə dair təkliflər hazırlanıb.
İclasda Hacıqabul rayon məhkəməsinin hakimi Həmid Əzizov barədə intizam icraatına baxılaraq, qanunvericiliyin tələbin pozduğuna görə ona irad tutulub, 3 hakim barədə intizam icraatlarına başlanılıb.

tehsil-press.az

Oxşar xəbərlər