Girovlar azad ediləndən sonra Qəzzada əməliyyat davam edəcək?

Girovlar azad ediləndən sonra Qəzzada əməliyyat davam edəcək? İsrail hökumətinin Hərbi Nazirlər Kabinetinin üzvü Benni Qantz Qəzza zolağındakı proseslərin gedişatı barədə açıqlama verib.
O, israilli girovların azad edilməsindən sonra da Qəzza zolağında HƏMAS qruplaşmasına qarşı əməliyyatları davam etdiriləcəyini bildirib.
“Girovların qayıtması üçün fasilə yaransa belə, biz qayıdıb düşmənə var gücümüzlə zərbə endirəcəyik. Hazırda əməliyyat genişlənir, güclənir və dərinləşir. Biz girovların azad edilməsindən sonra da Qəzza zolağında HƏMAS qruplaşmasına qarşı əməliyyatları davam etdirəcəyik”, - deyə Qantz deyib.
Xatırladaq ki, ötən gün İsrailin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında HƏMAS-ı məhv edənə və girovları evə qaytarana qədər mübarizəni davam etdirəcəklərini açıqlamışdı.
Qeyd edək ki, oktyabrın 7-dən bu günə qədər Qəzza zolağında həlak olanların sayı 13300 nəfəri keçib. Ölənlərin 5600-ü uşaq, 3550-si isə qadındır. Hücumlarda 201 həkim, tibb bacısı, ilk yardım işçisi və 60 jurnalist həlak olub. Yaralıların sayı 31 minə çatıb.

Tehsil-press.az


Oxşar xəbərlər