Zelenski ilə Vuçiç bir arada

Zelenski ilə Vuçiç bir arada Yunanıstanın paytaxtı Afinada Ukrayna Prezidenti Volodimir Zelenski serbiyalı həmkarı Aleksandar Vuçiçlə görüşüb.
Bu barədə A. Vuçiç sosial media hesabında paylaşım edib.
O, Zelenski ilə fotosunu paylaşıb.
Görüşdən sonra Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin təşkil etdiyi şam yeməyinə Zelenski də daxil olmaqla, Avropa Komissiyasının Prezindenti Ursula fon der Leyen, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Boryana Krişto, Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski, Moldova Prezidenti Maya Sandu, Kosovanın Baş naziri Albin Kurti və digər siyasətçilər qatılıblar.

Tehsil-press.az



Oxşar xəbərlər