Vladimir Zelenski növbəti dəfə müharibə bitməmiş birbaşa seçkilərin keçirilməsinə qarşı çıxıb

Vladimir Zelenski növbəti dəfə müharibə bitməmiş birbaşa seçkilərin keçirilməsinə qarşı çıxıb Ukrayna prezidenti Vladimir Zelenski növbəti dəfəmüharibə bitməmiş birbaşa seçkilərin keçirilməsinə qarşı çıxıb. O, bu barədə “The Sun”a müsahibəsində bildirib.
Ukrayna prezidenti deyib ki, onların keçirilməsi qanunla qadağandır. O, həmçinin hesab edir ki, indiki vəziyyətdə seçkilərin keçirilməsi Rusiya ilə müharibədə ölkənin parçalanmasına gətirib çıxara bilərlər.
Zelenski daha əvvəl seçkilərin mümkünlüyünü istisna etmişdi.
Daha əvvəl Britaniyanın “The Guardian” nəşri mənbələrə istinadən yazıb ki, Ukrayna lideri “Çörçill fenomeni”ndən – “müharibə dövrünün uğurlu liderinin” seçkilərdə ehtimal olunan məğlubiyyətindən narahatdır.

Tehsil-press.az



Oxşar xəbərlər