ADNSU-da “Şuşa İli”nə həsr olunmuş tələbə konfransı

ADNSU-da “Şuşa İli”nə həsr olunmuş tələbə konfransı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Şuşa İli”nə həsr olunmuş tələbələrin 71-ci elmi-texniki konfransı keçirilir.
Açılış mərasimində çıxış edən ADNSU-nun rektoru professor Mustafa Babanlı tələbələrin elmi potensiallarının aşkara çıxarılması baxımından konfransın əhəmiyyətini vurğulayıb. Universitetdə tələbələrin və doktorantların elmi-tədqiqat işlərinə cəlb olunması üçün yaradılan şəraitdən danışan rektor gənclərin elmi fəallığının artırılmasının vacibliyini qeyd edib.
Konfransda Şuşanın tarixindən, mədəni irsindən bəhs edilib. Onlayn və oflayn formatda keçirilən konfransda 95 məqalə və 143 tezisin dinləniləcəyi bildirilib.
Bölmələrdə işini davam etdirən konfrans dekabrın 16-da başa çatacaq.

Tehsil-press.az

Oxşar xəbərlər