Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “İnnovativ iqtisadiyyat və innovativ insan” mövzusunda elmi seminar keçirilib.
Professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə universitetin rektoru professor Mustafa Babanlının mövzu üzrə məruzəsi dinlənilib. M.Babanlı müasir dövrdə innovativ iqtisadiyyatın və onun təşəkkül tapması üçün innovativ insanın formalaşdırılmasının əhəmiyyətini vurğulayıb. İnnovativ iqtisadiyyatın XXI əsrin iqtisadi doktrinası olduğunu qeyd edən rektor innovativ iqtisadiyyatın strukturu, bu sahədə universitetlərdə kadr hazırlığı, təhsil sahəsində modernləşmənin əsas istiqamətləri haqqında məlumat verib. İnnovativ iqtisadiyyatın əsas prinsipləri kimi yüksək iqtisadi azadlıq indeksini, təhsil və elmin yüksək inkişaf səviyyəsini, geniş mənada insan kapitalının yüksək dəyəri və keyfiyyətini, innovativ müəssisələrin (60-80 faizdən çox) və innovativ məhsulun böyük payını, inkişaf etmiş bilik sənayesi və onun ixracını göstərən M.Babanlı deyib ki, innovativ iqtisadi model elm, təhsil və sənaye sahələri arasında ahəngin olmasını tələb edir. İnnovativ iqtisadiyyatın əsas mənbəyinin insan olduğunu vurğulayan professor bu iqtisadiyyatın ölkə sənayesi, universitet və dövlət üçün nə kimi fayda verəcəyini bildirib.
Sonra suallar cavablandırılıb.
Tehsil-press.az