Bakı Slavyan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi XIII beynəlxalq elmi-praktik konfrans başa çatıb.
Konfransa AMEA-nın institutlarından, ölkənin müxtəlif ali təhsil müəssisələrindən, habelə Rusiya, Qazaxıstan və Ukrayna universitetlərindən ümumilikdə 169 məqalə qəbul olunub.
Konfransın bölmə iclaslarında yerli və xarici alimlərin “Ulu öndər Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Qarabağ Azərbaycandır!” çağırışı müasir elmi, elmi-publisistik və ictimai-siyasi diskursun predmeti kimi”, “Azərbaycan tarixi və mədəniyyətinin aktual problemləri”, “Azərbaycanşünaslıq və filologiya məsələləri” və digər mövzularda məruzələri dinlənilib.
Beynəlxalq konfransın bağlanış mərasimində bölmə rəhbərlərinin hesabatları dinlənilib, iştirakçılara sertifikatlar təqdim edilib.
Tehsil-press.az