Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində ABŞ-ın Corc Vaşinqton Universitetinin Broun sosial iş və ictimai səhiyyə fakültəsinin professoru, Sosial İnkişaf Mərkəzinin təsisçisi və direktoru Maykl Şerraden, həmin fakültənin müəllimi Lissa Conson, Sosial İnkişaf Mərkəzinin beynəlxalq proqramlarının direktoru Li Zu, Mərkəzin aparıcı tədqiqatçısı və Broun Sosial iş və İctimai Səhiyyə fakültəsinin müəllimi Aytəkin Hüseynlinin tələbələrlə görüşü keçirilib.
BDU-nun Sosial iş kafedrasının müdiri dosent Üzeyir Şəfiyev Azərbaycanda sosial işin tarixi, institutlaşması ilə bağlı məlumat verib və belə görüşlərin universitetlərarası təcrübələrin öyrənilməsi baxımından faydalı olduğunu bildirib.
Görüş zamanı BDU-nun Sosial iş kafedrasının və ABŞ-ın Corc Vaşinqton Universitetinin Broun sosial iş və ictimai səhiyyə fakültəsinin əməkdaşları elmi tədqiqat və əməkdaşlıq imkanları barədə müzakirələr aparıb, tələbələri maraqlandıran sualları cavablandırıblar.
Sonra qonaqlar Sosial elmlər və psixologiya fakültəsi ilə yaxından tanış olublar. Fakültənin dekanı dosent Rövşən Cavadov qonaqları fakültənin tədris, tədqiqat həyatı ilə tanış edib, sosial iş ixtisasının ölkəmizdə institutlaşmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
Tehsil-press.az