Mir Şahin Jurnalistika fakültəsində

Mir Şahin Jurnalistika fakültəsində Tanınmış jurnalist, Real TV-nin rəhbəri Mir Şahin Ağayev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qonağı olub.
Görüş zamanı tələbələrə onun müəllifi olduğu “Mir Şahinin vaxtı” verilişindən videolar da təqdim edilib.
Görüşdə Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu və Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor, görkəmli jurnalist Cahangir Məmmədli də iştirak edib.
Qeyd edək ki, Prezident İlham Əliyev Mir Şahin Ağayevi 60 illiyi münasibətilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Tehsil-press.az


Oxşar xəbərlər