Günəşimiz və digər ulduzlarımız ulduzlararası qaz və tozdan ibarət sıx bir kosmik kütlənin öz cazibə qüvvəsi altında çökdüyü zaman əmələ gəlib. Alimlər müəyyən ediblər ki, belə bir buludun mərkəzində bir ulduzun doğulması nəticəsində meydana gələn qalıq material onun ətrafında başqa ulduzların böyüməsini dəstəkləyən və çox vaxt planetlərin yaranmasına səbəb olan fırlanan disk əmələ gətirir.
Əvvəllər astronomlar bu cür dairəvi ulduz diskləri olan yeni doğulmuş ulduzları yalnız bizim Süd Yolu qalaktikamızda müşahidə edirdilər. Amma tədqiqatçılar çərşənbə günü ən yaxın qonşu qalaktikalarımızdan biri olan Böyük Magellan Buludunda yerləşən, Günəşdən daha böyük və daha parlaq ulduzun ətrafında analoji disk aşkar etdiklərini bildiriblər. O, Günəşdən təxminən 10-20 dəfə daha böyük və 10 min dəfə daha parlaqdır.
Astronomlar qeyd ediblər ki, qaz buludunda olan material cazibə qüvvəsi ilə formalaşan ulduza doğru çəkildikcə, o, fırlanan diskə düzülür. Yeni müşahidə edilən diskin diametri Yerin Günəşə olan məsafəsindən təxminən 12.000 dəfə və ya təxminən 4.5 milyard il əvvəl yarandığı zaman Günəşi əhatə edən diskdən təxminən 10 dəfə böyükdür. Kosmosa böyük bir material axını da buraxan ulduz Yerdən təxminən 160.000 işıq ili uzaqlıqda yerləşir. İşıq ili işığın bir ildə qət etdiyi məsafədir və 9,5 trilyon kilometrə bərabərdir.
İngiltərədəki Durham Universitetinin astronomu, “Nature” jurnalında dərc olunan tədqiqatın aparıcı müəllifi Anna MakLeod bu kəşfin “çox həyəcanverici" olduğunu bildirib: "Böyük Magellan Buludunda və digər qalaktikalarda buna bənzər bir çox ulduzun əmələ gəldiyini bilsək də, biz texnologiyanın olmaması səbəbindən heç vaxt Süd Yolu xaricində ulduzların dairəvi yığılma diskini müşahidə etməmişik. Bu diskləri digər qalaktikalarda müşahidə etmək çox çətindir, eyni zamanda olduqca vacibdir, çünki bununla ulduzların Süd Yolu mühitindən fərqli fəzalarda necə əmələ gəldiyini izah etmək mümkündür”.
Yeni kəşf Çilinin Atakama səhrasındakı “Atacama Large Millimeter/submillimeter Array” (ALMA) teleskopu vasitəsilə edilib. İndiyədək ulduz dairəsi diskləri Yerdən yalnız 6500 işıq ili məsafəsində aşkar edilmişdi.
Böyük Magellan Buludu da Kiçik Magellan Buludu adlanan başqa bir qalaktika kimi, genişlənən Süd Yolunun peyk qalaktikası hesab olunur. Onların hər ikisi qalaktikamızdan kiçikdir və fərqli qalaktik şəraitə malikdir. Böyük Magellan Buludunda Süd Yolu ilə müqayisədə toz və hidrogen və heliumdan başqa, astronomların “metal elementlər adlandırdıqları” elementlər daha azdır. Buradakı ulduz optik dalğa uzunluqlarında görünür, halbuki Süd Yolunda buna bənzər bütün məlum ulduzlar optik teleskoplardan gizlənirlər, çünki onlar hələ də qazla örtülüdür.
Astronomlar bildirirlər ki, kütləvi ulduzlar daha sürətlə əmələ gəlir və Günəş kimi kütləsi az olan ulduzlara nisbətən daha qısaömürlüdür. Tədqiqatın həmmüəllifi Conatan Hensyu qeyd edir ki, yüksək kütləli ulduzların əmələ gəlməsi onilliklər ərzində baş verir və bu, astronomları çaşdırır. Bu səbəbdən həmin prosesin müxtəlif fiziki şəraitdə necə baş verdiyinə dair bir təsəvvür yaratmaq vacib bir addımdır.
Astronomlar ümid edirlər ki, bu cür kəşflər müxtəlif qalaktikalarda və şəraitdə ulduzların əmələ gəlməsi haqqında daha çox məlumat əldə edilməsinə şərait yaradacaq.
Tehsil-press.az