Günəş sistemimizdə kiçik qayalı Merkuri Günəşə ən yaxın orbitdə fırlanan planetdir və Yer üzündə yaşadığımızdan yeddi dəfə daha sıx günəş radiasiyasına məruz qalır. NASA-nın hazırda fəaliyyətini dayandırmış “Kepler” kosmik teleskopunun əldə etdiyi məlumatlardan istifadə edən astronomlar Südyolu qalaktikamızda bir ulduzun ətrafında fırlanan yeddi planeti müəyyən ediblər. Onların hamısı ulduzdan parlaq enerji alır. Bunlar, Günəş sistemimizdən kənarda hər hansı bir ulduzun ətrafında indiyədək kəşf edilmiş ikinci ən çox sayda planetlərdir.
Yeddi planetin hamısı Yerdən böyükdür, lakin Günəş sistemimizin dörd qaz planetindən ən balacası olan Neptundan daha kiçikdir. Onların hamısının Merkurinin Günəşə olan orta məsafəsindən daha yaxın orbitləri var.
NASA-nın Kaliforniyadakı “Ames” Tədqiqat Mərkəzindən astronom Cek Lissauer “Journal of Planetary Science” nəşrində dərc edilən tədqiqat materialında qeyd edib: "Bütün bu planetlər “Kepler-385” ulduzu tərəfindən Günəş sistemindəki hər hansı planetdən daha intensiv şəkildə "qızdırılır".
Alimlər bu günə qədər 5500-dən çox ekzoplaneti - Günəş sistemimizdən kənarda olan planetləri və çoxsaylı ekzoplaneti olan yüzlərlə ulduzu aşkar ediblər. Lakin onlar yeni kəşf edilən “Kepler-385” ulduzunun yeddi ekzoplanetdən ibarət kolleksiyası ilə yanaşı, “Kepler-90” adlı ulduzun orbitində fırlandığı məlum olan səkkizinci planeti də qeyd ediblər. Digər bir ulduzun “TRAPPIST-1”in səkkizinci planeti olduğu məlumdur.
NASA-nın ilk planet missiyası olan “Kepler” kosmik teleskopu 2018-ci ildə fəaliyyətini dayandırıb. O, bizim baxış nöqtəmizdən keçən ulduzun parlaqlığında kiçik enişləri müşahidə edərək ekzoplanetləri aşkar edib.
Yeni tədqiqat kataloqu teleskopun 2009-cu ildə buraxılmasından sonra kəşf edilən 4400 planeti ehtiva edir. Alimlər onun məlumatlarını təhlil etməyə davam edirlər, bunu “Kepler-385”in ekzoplanet populyasiyasının müəyyən edilməsi də sübut edir.
Tədqiqat daha sonra göstərir ki, çoxlu müxtəlif növ planet sistemləri var və onların əksəriyyəti yəqin ki, bizim Günəş sistemimizə bənzəmir. Demək olar ki, səkkizdən çox planet sistemləri var, lakin teleskoplar hələ kiçik ekzoplanetləri daha yaxşı aşkar etmək üçün kifayət qədər həssas olmayıb.
“Kepler-385” ulduzu diametri və kütləsi baxımından Günəşdən təxminən 10 faiz daha böyükdür, eyni zamanda, bir qədər daha parlaq və istidir. O, Yerdən təxminən 5 min işıq ili uzaqlıqda yerləşir. İşıq ili işığın bir ildə qət etdiyi məsafədir və 9,5 trilyon kilometrdir.
Alimlər bildirirlər ki, Yerdən kənarda həyat axtarışında bu planetlər perspektivli namizədlər deyil.
Tehsil-press.az