“Frontex”: Bu il Aİ-yə 2016-cı ildən bəri rekord sayda qanunsuz mühacir gəlib

“Frontex”: Bu il Aİ-yə 2016-cı ildən bəri rekord sayda qanunsuz mühacir gəlib Cari ilin ilk on bir ayında Avropa İttifaqına 355 min 300 qeyri-qanuni miqrant gəlib. Bu, 2016-cı ildən bəri qeydə alınan rekord göstəricidir.
Avropa sərhədlərinin mühafizəsi agentliyinin (“Frontex”) məlumatına görə, yanvar ayından noyabrın sonunadək Avropa sərhədlərini qeyri-müntəzəm keçidlər 2022-ci il ərzində qeydə alınan göstəricini ötüb.
Yanvar-noyabr aylarında Qərbi Afrika marşrutu ilə qeyri-qanuni miqrant keçidlərinin sayında ən böyük artım olub. Belə ki, bu marşrutu istifadə edənlərin sayı iki dəfə artaraq 32 min 400-dən çox olub. Bu, “Frontex”in məlumatları qeydə almağa başladığı 2009-cu ildən indiyədək ən yüksək göstəricidir. Noyabrda isə həmin marşrutla gələn miqrantların sayı 2022-ci ilin eyni ayı ilə müqayisədə 500 faizdən çox artaraq 4700-ə çatıb.
On bir ayda Şərqi Aralıq dənizi marşrutu üzrə isə 52 min 600 miqrant gəlib və əvvəlki illə müqayisədə 50 faiz artım qeydə alınıb.
Hesabat dövründə Qərbi Balkan marşrutu ilə nizamsız keçidlərin sayı 28 faiz azalaraq 98 min 600-ə düşüb.
Qeyd edək ki, Mərkəzi Aralıq dənizi “köhnə qitə”yə ən işlək miqrasiya marşrutu olaraq qalır. İtaliya isə son illərdə Şimali Afrikadan Avropaya qeyri-qanuni miqrasiya yollarından birinə çevrilib. Cari ilin əvvəlindən bəri İtaliyaya dəniz yolu ilə 152 min 882 miqrant gəlib ki, bu rəqəm 2021-ci ildəkindən iki dəfə çoxdur, 2016-cı ildən bəri isə ən yüksək göstəricidir.

Tehsil-press.az



Oxşar xəbərlər