Özbəkistanın Əlişir Nəvai adına Dövlət Pedaqoji Universitetinin bir qrup professor-müəllim heyəti Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində olub.
Görüş zamanı fakültə rəhbərliyi tərəfindən dost və qardaş ölkədən gələn qonaqlara ölkəmizdəki təhsil mühiti, BDU-nun tarixi, eyni zamanda, İnformasiya və sənəd menecmenti fakültəsi barədə geniş məlumat verilib.
Torpaqlarımızın işğaldan azad olunduğu zaman Özbəkistanın Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi, Vətən müharibəsi günlərində ölkəmizə siyasi dəstək verdiyi xatırlanıb. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin artıq istifadəyə verildiyi minnətdarlıqla qeyd olunub.
Əlişir Nəvai adına Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı professor Dilorom Şəmsiyeva BDU-da olmaqlarından məmnunluğunu ifadə edib. O, eyni soya, ortaq tarixə və mədəniyyətə malik xalqlarımızın dostluq və qardaşlıq münasibətlərindən bəhs edib, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb. D.Şəmsiyeva Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səyləri ilə dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə çatdığını vurğulayıb.
Sonra “Universitetlərdə biliyin qiymətləndirilməsi meyarlarları” mövzusunda məruzə edən professor Dilorom Şəmsiyeva Özbəkistan və Azərbaycan universitetlərinin əlaqələrindən bəhs edib, biliyin qiymətləndirilməsi ilə bağlı hər iki ölkədə mövcud olan təcrübəni diqqətə çatdırıb. O, ölkələrimizin ali təhsil müəssisələrinin iş metodları barədə müqayisəli təhlillər aparıb, bir sıra təkliflər səsləndirib.
Əlişir Nəvai adına Dövlət Pedaqoji Universitetinin kafedra müdiri professor Feruzə Cumayeva və dosent Gülsənəm Norova məruzələrlə çıxış ediblər. Məruzələrdə Azərbaycan ilə Özbəkistan arasındakı tarixi münasibətlərdən, ədəbi-mədəni əlaqələrdən, elm və təhsil sahəsindəki əməkdaşlıqdan bəhs olunub, perspektiv hədəflər qeyd olunub.
Qonaqlar fakültənin professor-müəllim heyəti və tələbələri ilə müxtəlif mövzularda müzakirələr aparıblar.
Tehsil-press.az