Özbəkistanın Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun rəhbər heyəti və bir qrup əməkdaşı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda olub.
Müəssisənin baş direktoru professor Nadir Məmmədli qonaqlarla görüşdə son illər institutda Azərbaycan-özbək dillərinin müqayisəli tədqiqinə dair araşdırmalar aparıldığını, kitablar çap edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri, orada imzalanan sənədlər, təşkil olunan yüksək səviyyəli qarşılanma mərasimləri Azərbaycan-Özbəkistan əlaqələrini tamamilə yeni tarixi mərhələ səviyyəsinə qaldırdı. Bu istiqamətlərin içərisində elm də özünəməxsus yer tutur.
İclasda professor Nadir Məmmədli Kokand Dövlət Pedaqoji İnstitutunun Fəxri professoru adına layiq görülüb.
Kokand Dövlət Pedaqoji İnstitutunun rektoru professor Dilnoza Xocayeva çıxışında Özbəkistan-Azərbaycan dostluq, qardaşlıq münasibətlərinin tarixindən, perspektivlərindən söz açaraq dilçilik üzrə hər iki ölkə arasında əməkdaşlığın elmi əhəmiyyətindən bəhs edib.
Sonra Dilçilik İnstitutu ilə Kokand Dövlət Pedaqoji İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Professor Dilnoza Xocayeva Dilçilik İnstitutunun Fəxri professoru seçilib.
Qonaqlar görülən işlərin davamlı olacağını bildiriblər.
Tehsil-press.az