Türkiyənin Şərqi Aralıq dənizi Universitetinin Siyasət və beynəlxalq əlaqələr fakültəsinin müəllimi, Xalq Partiyasının sədri, Şimali Kipr Türk Respublikasının (ŞKTR) keçmiş xarici işlər naziri professor Qüdrət Özersayın iştirakı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Son qlobal proseslər fonunda ŞKTR və Azərbaycanın əhəmiyyətinin artması, Zəngəzur dəhlizi məsələsində haqlı mövqe” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaq haqqında iştirakçıları məlumatlandırıb.
Professor Qüdrət Özersay çıxışında Şimalı Kipr Türk Respublikasının tarixindən, Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyi uğurlardan, işğal altında olan torpaqlarımızın tamamilə düşmən əsarətindən qurtulmasından, həmçinin Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb.
Görüşdən sonra Qüdrət Özersay ADPU-nun inzibati binası ilə tanış olub.
Tehsil-press.az