“Bu, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini tələb edir” - Yaşar Gülər

“Bu, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini tələb edir” - Yaşar Gülər “Biz hər zaman azərbaycanlı dostlarımızın haqlı işlərində yanındayıq”.
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
“Kədərdə, sevincdə birləşdiyimiz əziz azərbaycanlı dostlarımızın haqlı işlərində hər zaman yanındayıq. Qarabağda dalğalanan şanlı Azərbaycan bayrağından böyük məmnunluğumuzu bildiririk. Strateji müttəfiqliyimizi möhkəmləndirmək və əməkdaşlığımızı dərinləşdirmək üçün birgə səylərimiz uğurla davam edir. Xüsusilə müdafiə sənayesi və hərbi əməkdaşlıq sahələrində sarsılmaz həmrəyliyimizi daha yüksək səviyyələrə çatdırmaq üçün davamlı olaraq çalışırıq.
Qafqazda sülhün bərqərar olması üçün hərtərəfli və daimi sülh sazişi lazımdır. Təhlükəsizlik və sülhün bərqərar olması Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh müqaviləsinin bağlanmasını tələb edir. Biz bu məqsədlə edilən səmimi səyləri dəstəkləyirik və mümkün qədər tez müsbət nəticə əldə etməyi arzulayırıq”, - deyə Yaşar Gülər bildirib.

Tehsil-press.az




Oxşar xəbərlər