Misirdə üçgünlük matəm elan edilib

Misirdə üçgünlük matəm elan edilib 86 yaşında vəfat edən Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatından sonra Misir hakimiyyəti ölkədə üçgünlük matəm elan edib.
Bu barədə respublika rəhbərliyinin rəsmi nümayəndəsi Əhməd Fəhminin feysbuk səhifəsində yerləşdirilmiş fərmanında deyilir.
“Misir xalqı Küveyt liderinin, ərəb və islam xalqlarını dəstəkləyən, ölkəsi və Küveyt xalqına çoxlu səy və səxavət göstərən böyük və müdrik insanın vəfatından kədərlənir”, - bildirilib.

Tehsil-press.az



Oxşar xəbərlər