Pentaqon büdcədə qalan son məbləği açıqladı

Pentaqon büdcədə qalan son məbləği açıqladı Pentaqondan ABŞ Konqresinə göndərilən məktubda Ukraynaya yeni silahların alınması üçün ayrılan məbləğin dekabrın 30-da bitəcəyi qeyd olunub.
Konqres yeni maliyyələşdirməni təsdiq etməsə, Ukraynaya göndərilən silahların dəyişdirilməsi üçün lazım olan pul dekabrın 30-da tükənəcək.
Büdcədə qalan 1 milyard 70 milyon dolların müqabilində müxtəlif silah və texnikanın alınması planlaşdırılır. Bu məbləğin 635 milyon dolları raketlərin alınmasına, 210 milyon dolları 155 mm-lik M795 mərmilərinin alınmasına, 129 milyon dolları isə ABŞ Hərbi Dəniz Qüvvələrinin məxfi maliyyələşdirilməsinə yönəldiləcək.

Tehsil-press.az

Oxşar xəbərlər