Pentaqon müdafiə sənayesi şirkətlərinə 9,7 milyard dollar vəsait köçürüb

Pentaqon müdafiə sənayesi şirkətlərinə 9,7 milyard dollar vəsait köçürüb Pentaqon silah ehtiyatlarının bərpa olunması üçün ABŞ Konqresinin ayırdığı 26 milyard dolların 9,7 milyardını yerli müdafiə sənayesi kompaniyalarının hesabına köçürüb.
“Lockheed Martin” kompaniyasının hesabına planlaşdırılan 6 milyard dolların 2,3 milyard dolları köçürülüb. Həmin vəsait əsasən GLMRS sistemi üçün idarəolunan raketlərin istehsalına yönəldiləcək.
“Lockheed Martin” və “RTX Corporation” kompaniyalarının birgə müəssisəsi isə “Javelin” raket kompleksi ehtiyatının bərpasına ayrılan 1,9 milyard dollardan 1,4 milyardını ala bilib. RTX, həmçinin “Patriot” və “Stinger” zenit kompleksləri üçün raketlərin təkmilləşdirilməsinə və əvəzlənməsinə əlavə maliyyə vəsaiti əldə edib.
Eyni zamanda, Pentaqon Ukraynanın hərbi ehtiyaclarını qarşılamaq, Kiyevə zenit-raket kompleksləri və döyüş sursatı tədarük etmək məqsədilə ABŞ kompaniyalarına 7 milyard dollar ayırıb.

Tehsil-press.az


Oxşar xəbərlər