Monaş Universitetinin nəzdindəki Psixoloji Elmlər Məktəbinin tədqiqatçıları, Avstraliyanın “Terner” Beyin və Psixi Sağlamlıq İnstitutundakı həmkarları ilə birlikdə gecə saatlarında süni işığa məruz qalmağın narahatlıq, bipolyar pozuntu və depressiya kimi zehni xəstəliklərin inkişaf riski ilə əlaqəli olduğunu müəyyənləşdiriblər.
Tədqiqatda 86 772 nəfərin Britaniya Biobankından götürülmüş məlumatlarından istifadə edilib. Alimlər yuxunun keyfiyyəti, fiziki fəaliyyət, tədqiqatda iştirak edənlərin zehni sağlamlığı və onlara müxtəlif növ təbii və süni işığın təsiri barədə məlumatları təhlil ediblər.
Nəticələrə əsasən, kompüter və noutbuk ekranları, elektrik lampaları və gecə işığı yayan qurğular kimi qeyri-təbii mənbələrdən çox miqdarda işıq almağın narahatlıq, bipolyar və depressiv xəstəliklərin, həmçinin posttravmatik stress pozğunluğunun inkişaf riskinin artması ilə əlaqəli olduğu ortaya çıxıb. Mütəmadi olaraq süni işığa məruz qalan və az təbii işıq alan insanların öz-özünü məhvə sürükləyən hərəkətlərə meylli olduqları da aşkar edilib.
Gün işığının isə, əksinə, zehni sağlamlıq üçün faydalı olduğu sübuta yetirilib. Gün ərzində çox miqdarda təbii işığa məruz qalan insanlarda depressiya riskinin 20 faiz azaldığı məlum olub.
Tehsil-press.az