Süni intellektə yaxın alqoritmlər əsasında koreyalı alimlər tərəfindən yaradılan kompüter modeli musiqi tarixində orijinal klassik bəstəkar kimi Sergey Raxmaninovu təyin edib.
Süni intellekt S.Raxmaninovu üç akademik dövrün - barokko, klassizm və romantizm müəlliflərinin yenilikçi bəstəkarı kimi tanıyıb. Raxmaninovun yaradıcılığına əlavə olaraq, tədqiqatda XVIII və XIX əsrlərdə işləyən 18 digər bəstəkarın musiqisindən də istifadə edilib.
“Biz musiqinin yeniliyini və insanlara təsir dərəcəsini qiymətləndirmək üçün model hazırladıq. 1700-1900-cu illər arasında təxminən iki yüzə yaxın bəstəkarın fortepiano əsərləri təhlil edildi”, - deyə Koreya Yüksək Texnologiyalar İnstitutunun nümayəndələri qeyd ediblər.
Aparılan təhlillər göstərib ki, ən yenilikçi musiqi romantik dövrün musiqisi və həmin dövrün orijinal yaradıcısı rus bəstəkarı, pianoçu və dirijoru S.Raxmaninov olub. Süni intellekt Raxmaninovun iqtibas edilmiş musiqisinin olmadığını da aşkar edib, habelə İ.S.Bax, Y.Brams və F.Mendelsonu yenilikçi bəstəkarlar kimi tanıyıb.
Tehsil-press.az