ABŞ Prezidenti gələn ilin rekord müdafiə büdcəsini imzalayıb

ABŞ Prezidenti gələn ilin rekord müdafiə büdcəsini imzalayıb ABŞ-ın dövlət başçısı Cozef Bayden 2024-cü maliyyə ili üçün rekord müdafiə büdcəsini imzalayıb.
Ağ evin məlumatına görə, sənəd müdafiə və energetika nazirliklərinin, ABŞ Dövlət Departamentinin və kəşfiyyat xidmətlərinin ixtisaslaşmış proqramları üçün 886,3 milyard dolların ayrılmasını ehtiva edir. Bu, ötən illə müqayisədə 28 milyard dollar çoxdur.
Həmçinin büdcədə Ukraynaya 800 milyon dollar həcmində yardımın ayrılması və həmin vəsaitlərin istifadəsinə nəzarətin gücləndirilməsi nəzərdə tutulub.
Qanun Pentaqon xətti ilə Rusiyanın enerji sektoru ilə əlaqələrin qurulmasına, strateji hücum silahlarının ixtisarı və məhdudlaşdırılmasına dair müqavilə çərçivəsində Moskva ilə məlumat mübadiləsini qadağan edir.
Eyni zamanda, qanun layihəsinə “Çinini qarşısını almaq” siyasəti ilə bağlı məsələlərin həlli, əsasən də Tayvana silah tədarükünün sürətləndirilməsi, onun hərbi personalının təlimi və Hind-Sakit okean regionunda hərbi təlimlərin miqyasının və tezliyinin artırılması üçün 14,7 milyard dollar ayrılması daxildir.

Tehsil-press.az


Oxşar xəbərlər