Argentinada 50 000 peso nominallı pullar buraxılacaq

Argentinada 50 000 peso nominallı pullar buraxılacaq Argentinada 20 000 və 50 000 peso nominalında banknotlar buraxılacaq.
Bu barədə məlumatı Argentina Prezidenti Xavyer Miley açıqlayıb.
Məlumata görə, ölkənin Mərkəzi Bankı ölkədəki yüksək inflyasiya fonunda bu addımı atacaq.
O, həmçinin ölkədə daha böyük nominalda pulların buraxılacağını istisna etməyib.
Qeyd edək ki, hazırda Argentinada ən böyük nominallı banknot 2000 pesodur. Bununla belə, dövriyyədə ən çox istifadə olunan pul 500 pesodur.

Tehsil-press.az



Oxşar xəbərlər