![Yeni 5 qəpiklik buraxıldı](https://qafqazinfo.az/uploads/1695619192/qepik.png)
Tədavülə buraxılan yenilənmiş 5 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Dövlət Gerbinin təsviri, eləcə də pul nişanının buraxılış ili əks olunub.
Yenilənmiş 5 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.
Qeyd edilib ki, yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.
Tehsil-press.az