Almaniya bu il il rekord həcmdə silah ixrac edib

Almaniya bu il il rekord həcmdə silah ixrac edib Almaniya 2023-cü ildə rekord həcmdə - 11,7 milyard avro dəyərində silah ixrac edib.
Deutsche Presse-Agentur (DPA) agentliyi bu barədə Almaniya İqtisadiyyat Nazirliyinin Bundestaqın deputatı Sevim Daqdelenə ünvanladığı sənədə istinadla məlumat yayıb.
Silah ixracatında 9,35 milyard avro dəyərində öncəki rekord 2021-ci ildə qeydə alınıb. Beləliklə, indiki rekord əvvəlki ilə nisbətən təxminən 25 faiz, ötən illə müqayisədə isə 40 faiz yüksəkdir. Bu məbləğin 6,15 milyard avrosu silah, 5,67 milyard avrosu isə digər müdafiə təyinatlı məhsulların ixracı ilə bağlıdır. Yanvarın 1-dən dekabrın 12-dək təsdiqlənən ixracın üçdə birindən çoxu – 4,15 milyard avrosu Ukrayna üçün nəzərdə tutulub.
Almaniya, həmçinin gələn ilin büdcəsindən Kiyevə silah tədarükü üçün 8 milyard avro ayırıb. 2022-ci ilin fevralından bəri Berlin Ukraynaya 25 milyard avrodan çox humanitar, maliyyə və hərbi yardım göstərib.

Tehsil-press.az


Oxşar xəbərlər