İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının icra katibi Hüseyn Hüseynov SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı təlim keçib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı təlimin faydasından danışıb. O, artıq həyat məqsədinə çevrilmiş dayanıqlı inkişafa BANM-də də böyük önəm verildiyini, bu məktəbin Azərbaycan ali təhsil müəssisələri arasında dayanıqlı inkişafla bağlı hesabat hazırlayan ilk ali məktəb olduğunu qeyd edib. Rektor DİM-lə bağlı maarifləndirmənin artırılması məqsədilə ali məktəbdə müxtəlif tədbirlər, təlimlər keçirildiyini bildirərək bu təlimin də müvafiq istiqamətdə növbəti addım olduğunu vurğulayıb.
Hüseyn Hüseynov təlimdə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi barədə geniş məlumat verərək ölkəmizdə bu məqsədlərə nail olunması istiqamətində görülmüş işlərdən, hazırlanmış Dövlət proqramlarından bəhs edib və Azərbaycanın DİM-lərin icrası üzrə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 dəfə Könüllü Milli Hesabat təqdim edən regionda ilk ölkə olduğunu, həmçinin 4-cü hesabatın hazırlandığını qeyd edib. H.Hüseynov maarifləndirmənin əhəmiyyətinə toxunaraq ali təhsil müəssisələrində bu istiqamətdə işlərin görülməsinin vacibliyini bildirib. O, BANM-in dayanıqlı inkişafla bağlı hesabatı ilə tanış olduğunu, hesabatı yüksək qiymətləndirdiyini və bu hesabatın digər müəssisələr üçün nümunə olaraq göstərildiyini vurğulayıb.
Tehsil-press.az