“Terror aktını törədənlər cəzalandırılacaq”

“Terror aktını törədənlər cəzalandırılacaq” İran Prezidenti İbrahim Rəisi Kirman əyalətində SEPAH generalı Qasım Süleymaninin ölümünün ildönümü ilə bağlı keçirilən matəm yürüşlərində baş verən terror aktını pisləyən bəyanatla çıxış edib.
İran lideri bu hadisəni insanlıq əleyhinə cinayət kimi qiymətləndirib.
O, ölkəsində terror aktının təşkilatçıları və icraçılarının müəyyən edilərək cəzalandırılacağını bildirib.
İ. Rəisi terrorda həlak olanların ailələrinə başsağlığı verib. O, yerli hakimiyyət orqanlarını zərərçəkənlərə yardım etmək üçün lazımi tədbirlər görməyə çağırıb.
Qeyd edək ki, partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə, yaralıların sayı 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib. İran prezidentinin Türkiyəyə nəzərdə tutulan səfəri təxirə salınıb.

Tehsil-press.az



Oxşar xəbərlər