Aəzrbaycanda fermerlər üçün yeni imkanHər rayon üzrə fərqli subsidiyaların ayrılmasının xüsusi üstün cəhətləri var.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında kənd təsərrüfatı ilə məşğul olan fermerlərə subsidiyaların verilməsi məsələsinə toxunub. ANS PRESS-in məlumatına görə, prezident bildirib ki, hər bir rayonun, hər bir iqtisadi zonanın öz subsidiya paketi olmalıdır.
“Fermerlərə dəstək verilir, subsidiyalarda yeni yanaşmalar təklif olunur. Əminəm ki, hər bölgə, rayon üzrə xüsusi bir subsidiya siyasəti aparılmalıdır. Çünki Azərbaycan çoxiqlimli bir ölkədir. Doqquz iqlim zonamız var. Məxsusi olaraq hər bir zona üçün xüsusi kənd təsərrüfatı məhsulları yetişdirilməlidir və hər bir rayonun, hər bir iqtisadi zonanın öz subsidiya paketi olmalıdır”, - deyə İlham Əliyev bildirib.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında (10 Aprel, 2016 -cı il)
Ümumilikdə, dünya iqtisadi böhranına baxmayaraq, bu ilin birinci rübündə Azərbaycanda kənd təsərrüfatının istehsalı 2,7 faiz artıb. Bu sahənin inkişafı üçün ən başlıca dəstəklərdən bir subsidiyaların vaxtında və ünvanlı formada fermərlərə çadırılmasıdır.
"Ayrılan maliyyə vəsaitlərinin düzgün istiqamətdə xərclənməsi üçün mütləq məhsuldarlıqla bağlı araşdırmalar aparılmalıdır".
Subsidiya (latın dilində “subsidium” – kömək, dəstək) — Azərbaycanda dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitdir. Hazırda Azərbaycanda fermerlərə subsidiyalar verilsə də bu hər bir rayon və iqtisadi zona üçün eynidir.
İqtisadi Tədqiqatlar Mərkəzində Aqrar departamentinin rəhbəri Vahid Məhərrəmov ANS PRESS-ə açıqlamasında bildirdi ki, hər bir rayonun, hər bir iqtisadi zonanın öz subsidiya paketi yaradılanda onunspesifikliyi nəzərə alınmalıdır.
“Subsidiyanın məbləğinin bütün ölkə üçün eyni səviyyədə olması yaxşı səmərə vermir. Məsələn, elə rayonlar var ki, orada suvarma, bazara çıxış imkanları (yol kənarındadırlar) asandır. Amma bəzi rayonlarda torpağın münbitliyi, məhsuldarlığı və istehsal olunan məhsullara tələb aşağıdır. Hər bir iqtisadi zonaya və rayona subsidiya ayrılan zaman torpaq, iqlim şəraiti və digər bu kimi məsələlər nəzər alınmalıdır. Çünki elə vəsait ayrılmalıdır ki, təsərrüfat sahibi ziyana düşməsin”, - deyə mütəxəssis bildirdi.
Vahid Məhərrəmov - İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti
Vahid Məhərrəmov qeyd etdi ki, subsidiyalar ayrılan zaman rayonlar üzrə tədqiqat işləri aparılmalı, maksimum və minimum məhsuldarlıq öyrənilməlidir: “Rayonlar kənd təsərrüfatı üzrə hesabatlarını özlərinə sərf edən formada verə bilərlər. Ayrılan maliyyə vəsaitlərinin düzgün istiqamətdə xərclənməsi üçün mütləq məhsuldarlıqla bağlı araşdırmalar aparılmalıdır”.
Subsidiyalar Azərbaycanla yanaşı ABŞ, Türkiyə, Almaniya və digər Avropa dövlətlərində kənd təsərrüfatına dəsdək məqsədi ilə geniş yayılıb.
Xarici ölkələrdə bu dəstək növü ixrac, idxal və bazar qiymətlərinin tənzimlənməsi ilə bağlı tətbiq edilir. Türkiyədə subsidiyalar birbaşa istehsalçının hesabına keçirilir. Avropada ölkələrində xüsusi təşkilatlar kəndlərdə sakinlərin hansı sahələrə diqqət göstərdiyini və bu il ayrılan subsidiyanı hansı istiqamət üzrə xərclədiyi ilə bağlı monitorinqlər aparırlar.
Məsələn, Almaniya və digər Avropa Birliyi ölkələrində kəndlərdə subsidiyalarla bağlı xüsusi siyahılar tərtib edilir. Bu siyahlarda kənd təsərrüfatı ilə məşğul olan və subsidiya ayrılan sakinlərin adları göstərilir. Əgər siyahıda adı olan hər hansı bir şəxs aldığı subsidiyanı başqa istiqamətə xərcləyirsə onda həmin sakin üçün xüsusi intizam tədbiri görülür. Bundan başqa, ABŞ-da subsidiyalar təfərrüfat sahibinin dövlətə təhvil verdiyi məhsula uyğun verilir.
Azərbaycanda da 2007-ci ildən subsidiyanın verilməsinə başlanılıb. Ötən il dövlət büdcəsindən 46 rayon üzrə 5 milyondan çox subsidiya verilib. 2015-ci ildə fermerlərə verilən subsidiya 60% artırılıb. Azərbaycanda subsidiyanın dəyəri hər hektar üçün 50 – 80 manat arası müəyyən edilib.
Rəqəmlərə və görülən tədbirlərə diqqət yetirdikdə görürük ki, Azərbaycan hökuməti kənd təsərrüfatı sahəsinə dəstəyini hər il müəyyən qədər artırır. Amma bu vəsaitin düzgün istiqamətə istifadə olunması üçün xüsusi nəzarət mexanizmi yaradılmalıdır. Yerlərdə mütəmadi olaraq yoxlamalar aparılmalıdır. Subsidiyaların səmərəliliyinin artırılması üçün həmçinin müvafiq qurumların Milli Məclisdə hesabatları dinlənilə bilər. Bu hal rayonların ayrılan pulları hansı istiqamətdə xərclədiklərini şəffaf formada göstərməsinə şərait yaradar.
tehsil-press.az