Gürcüstanın xarici ticarəti 16 faizdən çox artıb

Gürcüstanın xarici ticarəti 16 faizdən çox artıb Cari ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi 17786,1 milyon ABŞ dolları təşkil edib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz çoxdur.
Bu barədə Gürcüstan Milli Statistika Xidmətinin hesabatında məlumat verilir.
Xarici ticarətdə ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz artaraq 5 102,7 milyon dollar təşkil edib.
İdxalın həcmi isə 17,8 faiz artaraq 12638,4 milyon dollar olub.
Hesabat dövründə Gürcüstanın xarici ticarətində 42,6 faiz mənfi saldo yaranıb.

Tehsil-press.az



Oxşar xəbərlər