Daha bir isveçli kosmosa uçacaq

Daha bir isveçli kosmosa uçacaq İsveçli Markus Vandt Floridada yerləşən Kennedi Kosmik Mərkəzindən Beynəlxalq Kosmik Stansiyasına səyahətinə başlayacaq.
43 yaşlı Markusla birgə daha üç kosmonavt səyahət edəcək.
Beləliklə, Markus Vandt Krister Fuqlesang və İsveç əsilli amerikalı Cessika Meirdən sonra kosmosa çıxan üçüncü isveçli olacaq.
Vandt rekord müddətdə kosmonavt olmuş isveçlidir. Fuqlesang və Meirdən fərqli olaraq, keçmiş qırıcı pilotu Vandt rekord qısa müddətdə kosmosa uçuşa hazır olub. Adətən kosmonavt baza hazırlığını təxminən iki il ərzində aparır, ondan sonra missiyanın yerinə yetirilməsi üçün xüsusi hazırlıq keçir.
Markus Vandt hələ 2022-ci ilin noyabrında EKA-ya ehtiyat astronavt qismində qəbul olunub, kosmosa getmək təklifini isə ötən ilin iyun ayında alıb.
Krister Fuqlesang astronavt təyin olunduğu andan ilk kosmik səyahətini həyata keçirməyə icazə aldığı anadək 14 il keçib. Markus Vandt, çox güman ki, bu qədər qısa müddətdə hazırlanan tarixdə ilk astronavt olacaq.
Fuqlesang və Meirin kosmik səyahətlərindən fərqli olaraq Markus Vandtın səyahəti tamamilə kommersiya xarakteri daşıyır. Onun yeri həm EKA, həm də İsveç Kosmik Agentliyi tərəfindən maliyyələşdirilir, lakin səyahət İlon Maskın “SpaceX” şirkətinə məxsus olan “Dragon 2” kosmik gəmisinin və “Falcon 9” raketinin istifadəsi ilə baş verəcək.
ЕКА hesab edir ki, Markus Vandt tamamilə yeni astronavt nəslinin nümayəndəsidir.

Tehsil-press.az



Oxşar xəbərlər