Tanınmış astronavtlar BDU-nun tələbə və gənc tədqiqatçıları ilə görüşəcəklər

Tanınmış astronavtlar BDU-nun tələbə və gənc tədqiqatçıları ilə görüşəcəklər Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində tanınmış astronavtların Bakı Dövlət Universitetinin (BDU) tələbə və gənc tədqiqatçıları ilə görüşü keçiriləcək.
Görüşdə avstriyalı astronavt Franz Viehböck və yaponiyalı astronavt Koichi Vakata kosmosa uçuş təcrübələrini bölüşəcək, kosmik missiya haqqında iştirakçılara məlumat verəcək və onları maraqlandıran sualları cavablandıracaqlar.
Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) təhsil və tanıtım üzrə meneceri İmran Muxtarov iştirakçılara qurumun fəaliyyəti və Astronavtlar proqramı haqqında ətraflı məlumat verəcək.
Tədbirin keçiriləcəyi yer: BDU-nun əsas binası, böyük akt zalı
Tarix: 2023-cü il 5 oktyabr, saat: 10:00 - 11:30

Tehsil-press.az



Oxşar xəbərlər