Baltikyanı ölkələr Rusiya ilə bağlı bu qərarı qəbul etdilər

Baltikyanı ölkələr Rusiya ilə bağlı bu qərarı qəbul etdilər Baltikyanı ölkələr Rusiya sərhədində “müdafiə xətti” qurmaq qərarına gəliblər.
Estoniya, Litva və Latviya Rusiya sərhədində müdafiə xətti qurmağı planlaşdırır.
Açıqlamaya görə, Estoniya, Latviya və Litva şərq sərhədində müdafiə xətti çəkməyə qərar verib.
“Estoniya, Latviya və Litvanın müdafiə nazirləri Rusiya və Belarus sərhədi boyunca ümumi Baltikyanı müdafiə zonasının yaradılması planını təsdiqləyiblər”, - məlumatda deyilir.
Qeyd olunub ki, Riqada görüşən üç ölkənin nazirləri hərbi təhdidlərdən çəkindirmə və mühafizə üçün müxtəlif obyektlərdən ibarət olan müdafiə zonasının yaradılması planına dair saziş imzalayıblar.

Tehsil-press.az

Oxşar xəbərlər