Yəmənin “Ənsar Allah” hərəkatından olan husi üsyançıları Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə qarşı hərbi əməliyyat elan ediblər.
Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriyanın teleqram kanalında yayımladığı bəyanatda deyilir.
"Bu gün Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ-ın bir neçə esminesi və döyüş gəmisi ilə toqquşma baş verdi. Bu gəmilər ABŞ-ın iki ticarət gəmisini mühafizə edirdi. Əməliyyat nəticəsində ABŞ-ın hərbi və iki ticarət gəmisi birbaşa vuruldu və geri çəkilməyə məcbur edildi”, - deyə o vurğulayıb.
Məlumata görə, iki saatdan çox davam edən toqquşmada husilər bir neçə ballistik raketdən istifadə edib.
Tehsil-press.az