Üçüncü “Yüksəliş” müsabiqəsi qaliblərinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində bir iş günü

Üçüncü “Yüksəliş” müsabiqəsi qaliblərinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində bir iş günü Üçüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramının ilkin görüşləri davam edir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə və müsabiqə qalibləri Şamxal Cəmilzadə və Ülviyyə Mehralıyeva mentorluq proqramı çərçivəsində ikinci dəfə görüş keçiriblər. Qaliblər bir iş günü ərzində “Qala” Dövlət Tarix-Etnoqrafiya və “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruqlarının fəaliyyəti ilə yaxından tanış olublar. Qaliblər, eyni zamanda, mentorları Şahin Seyidzadə ilə vətəndaş qəbulunda iştirak ediblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, Azərbaycan Respublikasının ali təhsilli vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünü inkişaf qrantı əldə edirlər.
Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Tehsil-press.az



Oxşar xəbərlər